Create AI Video
Create AI Video

Azıx mağarası necə tapıldı?

Qulbaniz Ibrahimova
2024-09-20 04:34:33
Bir rəvayətə görə, Quruçay dərəsində bir çoban sürüsünü otarırmış. Onun keçiləri itir. Çox axtardıqdan sonra keçilərini bir mağarada tapır. Mağaranın girişi bitkilərlə örtülü imiş. Onun içindəki yollar, müxtəlif formalı daşlar çobanın diqqətini cəlb edir. Axşamtərəfi çoban kəndə qayıdır, mağara haqqında camaata danışır. Mağara haqqında söz-söhbətlər yayılmağa başlayır:guya mağarada sirli varlıqlar, əjdahalar yaşayır.1960-cı illərdə arxeoloq Məhəmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıx mağarasını tədqiq etdi. Müəyyən edildi ki, mağara dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri olub.

Related Videos